Şimali Koreya liderinin Vyetnama rəsmi səfəri təxirə salınmayıb

Bakı. 28 fevral. REPORT.AZ/ Şimali Koreyanın lideri Kim Çen Inın Vyetnama nəzərdə tutulan rəsmi səfər tarixi dəyişməyib.

“Report” RT-yə istinadən xəbər verir ki, məlumatı Vyetnam Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Şimali Koreya liderinin martın 1-2-nə Hanoya planlaşdırılan rəsmi səfərinin tarixi  dəyişdirilməyib.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampla fevralın 27-28-də Hanoyda keçirilən görüşün nəticəsi Kim Çen Inın səfərinə təsir etməyib. 

Digər xəbərlər