Şimali Karolinada vertolyot evin üzərinə düşüb, yaralananlar var

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatında kiçik vertolyot qəzaya uğrayıb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, yivqanadlı vertolyot yaşayış evinin üzərinə düşüb.

Nəticədə iki nəfər – pilot və yerli qaz şirkətinin əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları öyrənlir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12