Şimal Buzlu okeanında zəlzələ baş verib

Bakı. 9 noyabr. REPORT.AZ/ Şimal Buzlu okeanında 6,8 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanların Bakı vaxtı ilə saat 05:49-da qeydə alındığını bildirib. 

Zəlzələnin episentri Norveçə məxsus Yan Mayen adasındakı Olonkinbüen yaşayış məntəqəsinin 119 kilometr şimal-şərqində, 10 km dərinlikdə yerləşir. 

İnsan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.

Digər xəbərlər