Sietldəki mədəniyyət və əyləncə kompleksində baş verən atışma nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Seattle Times" nəşri məlumat yayıb.
"Atışma nəticəsində üç nəfər ölüb, biri azyaşlı uşaq olmaqla dörd nəfər yaralanıb", - nəşr qeyd edir.
Polisin məlumatına görə, iki nəfər hadisə yerində ölüb, üçüncü şəxs isə aldığı yaralardan Harborvyu tibb mərkəzində vəfat edib.
Polis rəisinin köməkçisi Tayron Devis gecə saatlarında keçirilən mətbuat konfransında iki nəfərin bir-birinə atəş açdığını, onlardan birinin saxlanıldığını, digərinin isə azadlıqda olduğunu bildirib.
ABŞ-nin Sietl şəhərində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb, ən azı beş nəfər yaralanıb.
"Report" "The Seattle Times" nəşrinə istinadən xəbər verir ki, atışma bazar günü axşam bir neçə min insanın iştirakı ilə "Bite of Seattle" qastronomiya festivalının keçirildiyi "Seattle Center" kompleksinin ərazisində baş verib.
Saat 18:00 radələrində (Bakı vaxtı ilə bazar ertəsi saat 05:00-da - red.) ərazidə silsilə atəş səsləri eşidilib, bundan sonra ziyarətçilər qaçmağa və sığınacaq axtarmağa başlayıblar. Şahidlərdən biri çoxlu insan toplaşdığı üçün izdiham yarandığını bildirib.
Yaralıların çatdırıldığı "Harborview" tibb mərkəzindən dörd zərərçəkənin vəziyyətinin kafi qiymətləndirildiyini qeyd ediblər, 56 yaşlı qadının aldığı odlu silah yarası isə kritikdir.
Hazırkı vaxta qədər şübhəlinin saxlanılması barədə məlumat daxil olmayıb. Polis sakinləri hadisə ərazisindən uzaq durmağa çağırıb.