Sietldə atışma nəticəsində iki nəfər ölüb

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın Sietl şəhərində atışma baş verib. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb. 

Atışma şəhərin hava limanına gedən yolda meşə ərazisində, evsiz insanların düşərgəsinin yaxınlığında baş verib. 

Polis şübhəli şəxsləri axtarır. Onların sayı məlum deyil. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10