Seuta meri: Şəhərdə 10 minə qədər miqrant qalır

Mərakeşdən İspaniyanın Seuta şəhərinə daxil olmuş 10 minə qədər miqrant hələ də şəhərdədir.

"Report" İspaniya mediasına istinadən xəbər verir ki, bu barədə Seuta meri-prezidenti Xuan Xesus Vivas brifinqdə bildirib.

"Hesablamalarımıza görə, qanunsuz miqrasiyanın iştirakçısı olan 10 minə qədər insan hələ də Seutadadır", - o qeyd edib.

"Bu, gələn miqrantların ümumi sayının ən azı 10 %-ni təşkil edir", - o bildirib.

O, miqrantların yerləşdirilməsi üçün Əcnəbilərin Saxlanılması Mərkəzinin yaradılmasını təklif edib.

Digər xəbərlər