Donald Trampın səfəri ərəfəsində Seulda avtomobili ABŞ səfirliyinin qapısına çarpıblar

ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri ərəfəsində avtomobili Birləşmiş Ştatların Seuldakı səfirliyinin qapısına çarpıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat verib.

Bildirilib ki, heç kim xəsarət almayıb, sürücü - təxminən 40 yaşlı kişi saxlanılıb.

YTN telekanalının verdiyi məlumatda isə avtomobildə içərisində onlarla qaz balonu olan qutu aşkar edilib.

Polis səfirliyin qapısına çarpılan avtomobilin sürücüsünün hadisəni hansı motivlərlə törətdiyini araşdırır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09