Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz al-Səud vəliəhd oğlu, şahzadə Məhəmməd bin-Salmana yeni vəzifə verib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, Kral oğlunu Mili Kosmik Agentliyin rəhbər təyin edib.
Salman bin Əbdüləziz al-Səudun digər əmri ilə ölkənin xarici işlər naziri Adil əl-Cübeyr tutduğu vəzifədən azad edilib. XİN başçısı vəzifəsinə İbrahim Əbdüləziz əl-Assaf təyin olunub.
Kral Səudiyyə Ərəbistanının Britaniyadakı səfiri şahzadə Məhəmməd bin-Naufu da tutduğu vəzifədən azad edib.