Səudiyyə Ərəbistanının şahzadəsi kişilərlə qadınların maaşlarını bərabərləşdirməyi təklif edib

Bakı. 19 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Bin Salman bildirib ki, ölkə kişilərlərlə qadınların maaşlarını bərabərləşdirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə o, "CBS"-yə müsahibəsində bildirib.

"Biz yaxın gələcəkdə işə salınacaq və kişilərlə qadınların bərabər əmək haqlarına zəmanət verəcək normaları hazırlayacaq təşəbbüslər üzərində çalışırıq", - deyə o bildirib.

Şahzadə həmçinin əlavə edib ki, o, qadınlarla kişiləri bərabər hesab edir. 

Digər xəbərlər