Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin blokadasına son qoyub

Bakı. 28 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin blokadasına tamamilə son qoyub.

"Report" "TASS"-a istinadən xəbər verir ki, paytaxt Səna və Hüdeyd və əs-Səlif liman şəhərlərinə humanitar yardımın verilməsinə dair tətbiq edilən məhdudiyyətlər yüngülləşdirilib.

Bu barədə məlumatı BMT baş katibinin rəsmi nümüyəndəsi Stefan Düjarrik də təsdiqləyib.

Onun sozlərinə görə, şənbə günü Sənaya BMT-nin üç təyyarəsi gəlib. Onların birinin göyərtəsində uşaqlar üçün difteriya xəstəliyinə qarşı peyvənd olub.

Digər xəbərlər