Səudiyyə Ərəbistanında yük avtomobili məscidə girib, 5 nəfər yaralanıb

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Əl-Ravabi rayonu istiqamətində yük avtomobilinin divara çarpılaraq məscidə girməsi nəticəsində 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Qeyd olunub ki, sürücü idarəetməni itirərək divara çarpıldıqdan sonra Əl-Ammar məscidinin içərisinə aşıb.

Qəza nəticəsində məscidə ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər