Səudiyyə Ərəbistanında silahlılarla atışma olub, ölənlər var

Bakı. 20 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanında silahlılarla atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Al Arabiya"ya istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Asir vilayətində baş verib. Atışma zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub. 

Silahlı toqquşma zamanı habelə silahlılardan biri öldürülüb, daha 2 nəfər yaxalanıb.

Asir vilayəti ərəb koalisiyasının üsyançı husilərə qarşı mübarizə apardığı Yəmənlə sərhəddir. Lakin hadisənin həmin müharibə ilə bağlı olması hələ məlum deyil.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12