Səudiyyə Ərəbistanında daha 11 şahzadə həbs olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanında daha 11 şahzadə həbs olunub.

“Report”un "Milliyyət"ə istinadən verdiyi məlumata görə, bu barədə İranın dövlət televiziyası xəbər yayıb.

Məlumata görə, kralı mühafizə edənlər tərəfindən saxlanılan şəhzadələr etiraz aksiyası keçiriblər.

Onlar ötən il saxlanılan və beş ulduzlu həbsxanada olan digər şahzadələrin azad edilməsini və təzminat verilməsini tələb ediblər. 

Digər xəbərlər