Səudiyyə Ərəbistanı Yəmən ərazisini bombalayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmən ərazisini bombalayıb.

“Report” "Ahaber"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı husilərin Ər-Riyada atdığı raketə cavab olaraq Yəmənə aviazərbələr endirib. 

İtki və dağıntılar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, dekabrın 19-da husi qiyamçıları Yəmən ərazisindən Ər-Riyada "Burkan" qanadlı raket atıblar. 

Digər xəbərlər