Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səud tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı bildirib.

Agentliyin məlumatına görə, krala öd kisəsi iltihabı diaqnoz qoyulub. Salman ben Adbel Əiz əl-Səudun 84 yaşı var.

Xatırladaq ki, o, qardaşı Abdullanın ölümündən sonra kral olub.

Ötən il KİV kralın insult və onurğasında ağır əməliyyatı keçirdiyini xəbər verib.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03