Sergey Lavrov: “İndi “Taliban”ı tanımaqdan danışmaq tezdir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kalininqradda mətbuat konfransı keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, “Talibanı” tanımaqdan danışmağın hələ tez olduğunu söyləyib: “İndi “Taliban”ı tanımaqdan danışmaq tezdir. Rusiya “Taliban”ı Əfqanıstan hakimiyyəti kimi tanımağa tələsmir, digər ölkələr kimi”.

S.Lavrov həmçinin Qərb ölkələrinin hegemonluğunu itirdiyini bildirib.

Digər xəbərlər

AŞPA-nın yeni prezidenti seçilib 26 yanvar, 2026 / 16:54