Serbiyada müdafiə zavodunda partlayış baş verib, yeddi nəfər xəsarət alıb

Serbiyanın “Krusik” müdafiə zavodundakı sexlərdən birində partlayış baş verib, nəticədə 7 nəfər yaralanıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Valyevo şəhər polis idarəsindən bildirilib ki, partlayış zamanı sexdə 20 işçi olub, onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.

“Krusik” Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12