Serbiya prezidenti Aleksandr Vuçiç rəhbərlik etdiyi Serbiya Mütərəqqi Partiyasının ölkədə keçirilən növbəti parlament seçkilərində qələbə qazandığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "TASS"a siyasi partiyanın qərargahından məlumat verib.
"Hörmətli Serbiya vətəndaşları, mən illərdir siyasətdəyəm, amma bunu ilk dəfə yaşayıram! Seçki məntəqələrinə gələn 3,3 milyon vətəndaşın 2 milyondan çoxunun səsini aldıq. Berlində, Nyu-Yorkda, Moskvada 57%, Soçidə 95% səs toplayaraq seçkini qazandıq!" - deyə, Vuçiç bildirib.
Xatırladaq ki, seçkilər aprelin 26-na planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.