Serbiyada fabrikdə partlayış olub, 2 nəfər ölüb

Serbiyanın qərbindəki Sremsk-Mitrovisa şəhəri yaxınlığında yerləşən gübrə fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısı alınıb.

Fabrik nümayəndəsi partlayışın səbəbi barədə məlumat verməkdən imtina edib. Bildirib ki, rəsmi istintaqın cavabını gözləyəcəklər.

Sremsk-Mitrovisa Polis İdarəsi hadisənin səbəbini araşdırır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10