İran Silahlı Qüvvələri İordaniya ərazisindəki ABŞ hərbi bazalarına zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin məlumatında deyilir.
ABŞ-nin "THAAD" hava hücumundan müdafiə sisteminin radarı, "Patriot" sisteminin elementləri, C-RAM radiolokasiya stansiyası və bazanın yanacaq çənləri məhv edilib. Həmçinin böyük helikopter avadanlıqları anbarı və helikopterlərə texniki xidmət anqarı sıradan çıxarılıb.