SEPAH BƏƏ və Bəhreyndə sənaye müəssisələrinə zərbə endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əbu-Dabidə (BƏƏ) ABŞ kapitalı ilə əlaqəli poladtökmə müəssisələrinə və Bəhreyndəki alüminium zavoduna zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

"Bu hücumlar bir xəbərdarlıqdır. Əgər İran sənayesinə hücumlar təkrarlanarsa, növbəti cavab qat-qat ağır olacaq", - bəyanatda vurğulanıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib.

Digər xəbərlər