İran ABŞ-nin Küveytdəki hərbi bazasına zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.
"ABŞ-nin Əl-Ədiri bazasında silah-sursat və avadanlıqların saxlanılması üçün üç anqar, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının müşahidə qülləsi yandırılıb", - SEPAH-ın məlumatında bildirilib.
SEPAH həmçinin mülki əhalini ABŞ hərbi qulluqçularının yerləşdiyi və yaşadığı yerlərdən ən azı 500 metr məsafəyə uzaqlaşmağa çağırıb.