Seneqalda 25 nazir və 5 dövlət katibinin daxil olduğu yeni hökumət formalaşıb.
"Report"un məlumatına görə, bu barədə ölkə mətbuatı xəbər yayıb.
İnteqrasiya və xarici işlər naziri vəzifəsini hökumətdəki 4 qadından biri Yasin Fal tutub. General Biram Diop silahlı qüvvələr naziri, Jan-Batist Tin daxili işlər naziri, Usman Dian isə ədliyyə naziri olub.
İqtisadiyyat, planlaşdırma və əməkdaşlıq naziri vəzifəsinə Əbdürrəhman Sarr, balıqçılıq, dənizçilik və liman infrastrukturu vəzifəsinə Fatu Diuf, energetika, neft və mədən sənayesi vəzifəsinə Biram Suley Diop təyin edilib.