Çin humanitar minatəmizləmə sahəsində Azərbaycanı dəstəkləməyə davam edəcək.
"Report" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin müşaviri Şen Çjan (Shen Zhang) Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günündə bildirib.
Onun sözlərinə görə, ötən il Çin və Azərbaycan hökumətləri ikitərəfli humanitar əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.
"Bu memoranduma əsasən, Çin Azərbaycana 2 milyon yuan məbləğində yardım göstərib. Çin memorandumun müddəalarına uyğun olaraq Azərbaycanı dəstəkləməyə davam edəcək", - o qeyd edib.