Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov “Taliban” qruplaşmasının bütün xarici diplomatik missiyaların təhlükəsizliyinə zəmanət verdiyini bildirib.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, səfir əsas məsələnin hakimiyyətin dinc yolla ötürülməsi olduğunu vurğulayıb.
“Qruplaşma ölkədəki bütün xarici diplomatik missiyaların, o cümlədən Rusiya səfirliyinin təhlükəsizliyinə zəmanət verib. Əsas məsələ “Taliban”ın özünün də vəd etdiyi kimi, hakimiyyətin dinc yolla təhvildir. Situasiyanı izləyirik”, - D.Jirnov söyləyib.