Braziliyanın San Paulu şəhərində məktəbdə silahlı insident olub.
“Report” “Globo”ya istinadən xəbər verir ki, iki şagird başqa uşaqlara atəş açıb. Nəticədə məktəbin 5 şagirdi və 1 əməkdaşı ölüb. Şagirdlər daha sonra intihar ediblər.
Hadisə yerinə polis və xilasedicilər cəlb olunub, məktəbə giriş-çıxış məhdudlaşdırılıb.