Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Sakit okeanda, Tonqo adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 14:04-də qeydə alınıb. Zəlzələnin episentri Nukualofa şəhərindən 238 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Digər xəbərlər