Sakit okeanda yerləşən Melaneziya ada qrupuna daxil olan Vanuatu ada dövlətində 5,5 bal gücündə zəlzələ olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri paytaxt Port-Vilanın 53 km cənub-qərbinə düşüb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat, dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.