Rusiyanın Yunanıstandakı konsulu vəfat edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın Yunanıstandakı səfirliyinin konsul bölməsinin rəhbəri Andrey Malanin dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "TASS"  Afinadakı diplomatik nümayəndəliyə istinadən xəbər verib.

"Səfirlik konsul bölməsini idarə edən Andrey Malaninin ölüm faktını təsdiq edə bilər", - deyə nümayəndəlikdən agentliyə bildirilib. Ölümün təbii səbəblərdən baş verdiyi bildirilir. Lakin bununla bağlı ətraflı məlumat verilmir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12