Rusiya qoşunlarının Odessanı atəşə tutması nəticəsində 3 nəfər ölüb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
"Hücum nəticəsində 3 nəfər həlak olub. Daha 3 nəfər yaralanıb", - S.Lısak vurğulayıb.
Qeyd edilib ki, Sumı vilayətinə gecə saatlarında endirilən zərbələr nəticəsində 17 nəfər xəsarət alıb. Bundan başqa, Nikolayev vilayətinə endirilən zərbələr nəticəsində 9 nəfər yaralanıb.