Bakı. 6 fevral. REPORT.AZ/ Rusiyanın Dəməşqdə yerləşən ticarət nümayəndəliyi minaatanlardan atəşə tutulub.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Binaya ciddi ziyan dəyib. Onun üzərinə 120 millimetrlik mina düşüb.