Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var

Bakı. 24 fevral. REPORT.AZ/ Rusiyada bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyi Baş İdarəsinin Moskva vilayəti üzrə mətbuat xidmətinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Moskva ətrafında, Serpuxovsk-Protvino avtomobil yolunun 1 kilometrliyində qeydə alınıb. Belə ki, "Mercedes" və "Subaru" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12