Rusiyada bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı zərərsizləşdirilib

Son sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 389 pilotsuz uçuş aparatlarını (PUA) vurub.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, PUA-lar xüsusən Moskva regionu və Leninqrad vilayəti üzərində zərərsizləşdirilib.

Əlavə edilib ki, dronlar həmçinin Bryansk, Smolensk, Kursk, Tver, Kaluqa, Belqorod, Orlovsk, Tula, Novqorod, Pskov və Voloqodsk vilayətləri üzərində də vurulub.

Digər xəbərlər