Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb

Rusiyanın Çelyabinsk vilayətində dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Aqapovka kəndində “VAZ-2107” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan dörd nəfər hadisə yerində keçinib. Digər nəqliyyat vasitəsində olan, dörd nəfərdən ibarət ailə xəstəxanaya yerləşdirilib.

Hazırda yol polisi əməkdaşları hadisə yerinə cəlb edilib, araşdırma aparılır.

Digər xəbərlər