Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiyaya məxsus Berinq adaları yaxınlığında, Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər yayıb

Məlumata görə, yeraltı təkanlar Nikolsk kəndindən 182 kilometr şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və tələfat barəsində məlumat verilmir.

Digər xəbərlər