Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin zərbələri nəticəsində Livanda rusiyalı jurnalistlərin yaralanması ilə əlaqədar bu ölkənin səfiri Oded Yosefə etirazını bildirib.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında qeyd edilib.
Məlumata görə, martın 20-də səfir XİN-ə çağırılıb və orada onunla Rusiyanın xarici işlər nazirinin müavini Georgi Borisenko görüşüb.