Rusiya XİN: Putin və Tramp G20 sammitində görüşəcəklər

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiya ilə ABŞ prezidentləri Vladimir PutinDonald Tramp arasında görüşün G20 zirvə görüşü zamanı keçiriləcəyi barədə razılıq mövcuddur.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, bu xəbərin həm Moskvada, həm də Vaşinqtonda açıq şəkildə təsdiqləndiyini diqqətə çatdırıb.

Xatırladaq ki, G20 zirvə görüşü 30 noyabr – 1 dekabr tarixlərində Buenos-Ayresdə keçiriləcək.

Xəbər lenti