Rusiya və Fransa XİN başçıları Parisdə görüşəcəklər

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 27-də Parisə səfər edəcək və orada fransalı həmkarı Jan-İv Le Drian ilə danışıqlar aparacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

S.Lavrov həmçinin noyabrın 27-28-də İsveçrəyə səfər edəcək və orada Əfqanıstan məsələsi üzrə konfransa qatılacaq.

Digər xəbərlər