Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Qara dəniz donanmasına məxsus "Velikiy Novqorod" sualtı gəmisi "Kalibr" qanadlı raketlərlə terrorçuların Suriyada yerləşən obyektlərini atəşə tutub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Atəş saat 10:11-də Aralıq dənizi akvatoriyasından açılıb. Hədəf sualtı gəmidən, təxminən, 300 kilometrədək aralıda yerləşən İdlib vilayətində "Cəbhət-ən-Nüsrə" yaraqlılarının obyektləri olub.

Məlumata görə, bütün hədəflər vurulub. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43