Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub

Rusiya ordusu sentyabrin 1-də hava zərbələri zamanı, Ukraynanın Rumıniya arasında sərhəd buraxılış məntəqəsini vurub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu, "Orlovka" buraxılış məntəqəsidir.

Zərbələr nəticəsində buraxılış məntəqəsi qeyri-müəyyən vaxta fəaliyyətini dayandırıb.

Qeyd edək ki bundan əvvəl Ukraynanın Moldova ilə də bir sərhəd məntəqəsi Rusiya dronlarının hücumuna məruz qalıb.

Digər xəbərlər