Bu gün Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə və onun vilayətinə növbəti raket zərbələri endirib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hava zərbələri nəticəsində Brovarı rayonunda 3 nəfər həlak olub. Ölənlərdən biri isə azyaşlı uşaqdır.
Xilasedicilər dağıntıların aradan qaldırılması və yanğıların söndürülməsi istiqamətində iş aparırlar.