Rusiya müdafiə nazirinin müavini: "Taliban" özünü qanuniləşdirməlidir"

"Taliban" özünü qanuniləşdirməli və gec-tez Əfqanıstanın qanuni hökuməti kimi təqdim etməlidir".

"Report" "İnterfax"a istinadən məlumatına görə, bunu Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov bildirib.

A.Kartapolov qeyd edib ki, hazırda Əfqanıstanda vəziyyət diqqətlə izlənilir, təhlükəli heç nə yoxdur.

"Bizim Əfqanıstanla kifayət qədər normal münasibətlərimiz olub. 1989-cu ildə oranı tərk edəndən sonra da yerli əhali arasında özümüz haqqında kifayət qədər yaxşı iz qoyduq", - nazir müavini əlavə edib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09