Merefa şəhərində (Ukrayna) Rusiya Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb, 23 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Xarkov vilayət prokurorluğunun mətbuat xidmətinin sosial şəbəkələrdəki məlumatında bildirilib.
"Bir kişi aldığı yaralardan xəstəxanada vəfat edib. Ölənlərin sayı 6-ya çatıb. Zərərçəkənlərin sayı da artaraq 23 olub", - məlumatda qeyd olunub.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Merefa şəhərinə raket zərbəsi endirib, nəticədə dörd nəfər həlak olub, 16 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov "X" sosial şəbəkəsində məlumat yayıb.
"50 yaşlı və 63 yaşlı kişilər, 41 yaşlı və 52 yaşlı qadınlar həlak olub", – Sinequbov yazıb.