Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə və vilayət şəhərlərinə növbəti hava hücumlarına başlayıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ballistik raketlər və dronlarla həyata keçirilən hücumlar avqustun 22-si yerli vaxtla 01:10 radələrində başlayıb.
Əsas hədəflər paytaxt və Kiyev vilayətinin Brovarı rayonudur.