İsveçin iki diplomatı Rusiyadan çıxarılır

Rusiya İsveçin iki diplomatını deportasiya edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin Xarici İşlər Nazirliyinin mətbuat katibi Rasmus Elyanskuq məlumat verib.

“İsveçin iki diplomatından Rusiyanı tərk etməsini istəyiblər”, - o vurğulayıb. 

Bildirilib ki, İsveçin Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşlarına viza verməkdən imtina etdikdən sonra bu addım atılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10