XİN: Rusiya hərbçiləri Venesuelada qalacaq

"Rusiyanın hərbi qüvvələri ehtiyac olanadək Venesuelada qalacaq".

“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Xarici İşlər Nazirliyi bildirib.

Venesuela xarici işlər nazirinin müavini isə ölkəyə Rusiyanın daha çox hərbçisinin gələcəyini vurğulayıb.

Ümumiyyətlə, ABŞ Rusiya hərbçilərinin Venesuelada yerləşdirilməsinə etraz edir.

Xatırladaq ki, martın 26-da yüzə yaxın rusiyalı hərbçi iki təyyarə yüklə Venesuelaya gedib. 

Digər xəbərlər

Dubayda PUA binaya düşüb 12 mart, 2026 / 05:42