Rusiya Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara cavab verəcək

Rusiya Avropa İttifaqının bu ölkəyə tətbiq etdiyi sanksiyalara cavab verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə açıqlamasında deyib.

“Rusiya öz maraqlarını qorumaq üçün Aİ-nin yeni sanksiyalar paketinə qarşı cavab tədbirlərini nəzərdən keçirir. Əlbəttə, biz adekvat tədbirlər görəcəyik”, - o bildirib.

Qeyd edək ki, Aİ Kremlə qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.

Digər xəbərlər