Rumıniyada zavodda partlayış baş verib, ölənlər var

Rumıniyanın Babeni şəhərində hərbi sənaye zavodunda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə “Ajerpres” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfər həlak olub, iki nəfər isə ağır vəziyyətdədir.

Məlumata görə, partlayış piyada əleyhinə mina ilə ehtiyatsız davranma nəticəsində baş verib.

Digər xəbərlər