Bakı. 29 mart. REPORT.AZ / Rumıniyanın Çernavode şəhərində Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.
"Report" bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.
"Nuclearelectrica SC" elan edib ki, elektrik sistemində nasazlıq yaranması nəticəsində AES-in ikinci reaktoru bu gün səhər saatlarında milli enerji sistemindən avtomatik olaraq sönüb.
KİV-in məlumatına görə, hadisə stansiyanın işçi heyətinə, əhaliyə və ətraf mühitə mənfi təsir göstərməyəcək.