Rumıniyada 5 maqnituda gücündə zəlzələ baş verib

Bakı. 25 aprel. REPORT.AZ/ Rumıniyada zəlzələ baş verib, yeraltı təkanlar Kişinyovda və Moldovanın digər yaşayış məntəqələrində hiss olunub.

“Report” xəbər verir ki, bunu Moldova Elmlər Akademiyasının Geologiya və Seysmologiya İnstitutunun Eksperimental Seysmoloji Mərkəzinin rəhbəri İon İliyeş deyib.

Onun sözlərinə görə, yeraltı təkanların gücü episentrdə 5 maqnituda olub.

Dağıntı və tələfatın olmadığı bildirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10